Düşmən həssas olmasın deyə müdafiə gücünü azaltmaq təklifi sadəlövhlükdür - Ayətullah Xamenei
Mьəllif: Admin
Tarix: 10-03-2022, 21:37
Bцlmə: Xəbərlər
Düşmən həssas olmasın deyə müdafiə gücünü azaltmaq təklifi sadəlövhlükdür - Ayətullah Xamenei
“Təkliflər edilir ki, düşmənə bəhanə verməyək deyə regionda mövcud olmayaq və nüvə sahəsində inkişafımız olmasın.

Əksinə regionda mövcudluğumuz milli gücümüzü və dərin strategiyamızı möhkəmləndirir. Nüvə sahəsində elmi inkişaf da gələcəkdə ölkənin bu sahədə olan ehtiyaclarını ödəyir. Əgər indi bu imkanlardan imtina etsək, gələn illərdə əlimizi kimə uzadacağıq?!”

SalamNews İSNA-a istinadla xəbər verir ki, bunu İranın İslam İnqilabının Ali lideri Ayətullah Seyid Əli Xamanei deyib.

İslam İnqilabının Ali lideri bu gün Tehranda “Xubriqan Məclisi”nin üzvləri qarşısında çıxışı zamanı ölkəsinin xarici siyasəti haqda, xüsusilə də İranın regiondakı mövcudluğu və nüvə fəaliyyəti haqda bəzi fikirlərə aydınlıq gətirib.

O bildirib ki, İranın regiondakı mövcudluğu ölkənin dərin strategiyasını möhkəmləndirir və milli gücünü artırır.

Ayətullah Xamenei bildirib ki, “əgər milli gücü təmsil edən bu əllərin kəsilməsinə icazə verilsəydi indi İran böyük təhlükələrlə üzləşəcəkdi.”

İran İslam İnqilabının Ali lideri bildirib ki, "elm, texnologiya, təfəkkür, müdafiə imkanları və təhlükəsizliyin yaradılması, ictimai rifah və iqtisadiyyat, idarəçilik və dialoq aparmaq bacarığı bunlar hamısı milli gücün bir-birinə bağlı olan əsas təməlləridir."
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031