İsrail Prezidenti Türkiyəyə gəldi
Mьəllif: Admin
Tarix: 9-03-2022, 22:01
Bцlmə: Xəbərlər
İsrail Prezidenti Türkiyəyə gəldi
İsrail prezidenti İsaak Hersoq prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə gəlib.

Türkiyə Prezident Aparatı İctimaiyyətlə Əlaqələr Departamentinin verdiyi məlumata görə, 9-10 mart tarixlərini əhatə edəcək səfər zamanı ikitərəfli əlaqələr bütün ölçüləri ilə nəzərdən keçiriləcək.

Görüşlər zamanı Türkiyə ilə İsrail arasında əməkdaşlığın təkmilləşdirilməsi istiqamətində atılacaq addımların müzakirəsi, aktual regional və beynəlxalq problemlər ətrafında fikir mübadiləsi aparılacaq.

İsrail Prezident Aparatı da sözügedən mövzu ilə bağlı məlumat paylaşaraq bildirib: “Prezident İsaak Hersoq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə xanımı Mişal Hersoqla paytaxt Ankarada rəsmi səfərdədir.

Görüş zamanı iki ölkə başçısı müxtəlif ikitərəfli məsələləri, o cümlədən İsrail-Türkiyə münasibətlərini, iki dövlət və onların xalqları arasında müxtəlif sahələrdə əməkdaşlığı genişləndirmək potensialını müzakirə edəcəklər.

Səfər çərçivəsində İ.Hersoq İstanbulda yəhudi icmasının üzvləri ilə də görüşəcək.

Ərdoğan Hersoqa zəng edərək onu prezident seçilməsi münasibətilə də təbrik edib.

Bu görüş son illər əlaqələrin kəsilməsindən sonra İsrail və Türkiyə arasında dialoqun bərpasına səbəb olacaq.”

Qeyd edək ki, İsrail prezidenti İsaak Hersoq 2008-ci ildən Türkiyəyə səfər edən ilk İsrail başçısı sayılacaq.



Mənbə: TRT1
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031