İranda 2-ci hərbi təyinatlı peyk kosmosa buraxılıb
Mьəllif: Admin
Tarix: 8-03-2022, 22:18
Bцlmə: Xəbərlər
İranda 2-ci hərbi təyinatlı peyk kosmosa buraxılıb
İslamazeri.com IRNA-ya istinadən xəbər verir ki, İranda 2-ci hərbi təyinatlı peyk uğurlu şəkildə kosmosa buraxılıb.

“Nur-2” adlı peyk Sepah HHQ-nin “Qasid” adlı 3-pilləli daşıyıcı raketi vasitəsi ilə 500 km-lik orbitə çıxarılıb.

Adıçəkilən peyk kəşfiyyat peykidir.

Raketin sürəti 6,7 km/s olub və 480 saniyə sonra 500 km-lik orbitə çatıb.

Xatırladaq ki, İran özünün “Nur-1” adlı ilk hərbi təyinatlı peykini 2020-ci il 22 apreldə eyni daşıyıcı raket vasitəsi ilə 425 km-lik orbitə çıxarıb.
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031