Sionist İsrail rejiminin Hizbullaha qarşı təkrar ittihamı
Mьəllif: Admin
Tarix: 6-03-2022, 11:01
Bцlmə: Xəbərlər
Sionist İsrail rejiminin Hizbullaha qarşı təkrar ittihamı
İsrailin BMT-dəki səfiri Hizbullahın Livandakı fəaliyyəti ilə bağlı iddialarını təkrarlayaraq, Hizbullahın gücünün artmasının Təl-Əvivi hərəkətə keçirə biləcəyini etiraf edib.

Sionist rejimin BMT-dəki səfiri Gilad Ardan iddia edib ki, Hizbullahın sərhəd yaxınlığında hərbi fəaliyyətlərini genişləndirməsi Təl-Əvivlə hərbi münaqişənin başlanmasına səbəb ola bilər.

Gilad Ardan, BMT-nin Livanda yerləşən sülhməramlı qüvvələrinin (UNIFIL) yeni rəhbəri ilə görüşdə iddia edib ki, Hizbullahın gələcək hərəkətləri və qərarları Livan üçün fəlakətli hərbi münaqişəyə və Təl-Əvivin sərt reaksiyasına səbəb ola bilər.

Ardan BMT-nin Livandakı sülhməramlı qüvvələrinin rəhbərinə də UNIFIL qüvvələrinin BMT-nin 1701 saylı qətnaməsini tam şəkildə yerinə yetirməsini və Hizbullahın məqsədlərinə çatmasının qarşısını almasını gözlədiyini deyib.

Bu iddialar Təl-Əvivin Birləşmiş Millətlər Təşkilatının nümayəndəsi tərəfindən səsləndirildiyi halda, 2006-cı ildə qəbul edilmiş 1701 saylı qətnamədə Livan və sionist rejim arasında gərginliyin dayandırılması tələb olunur.

Bu qərar Hizbullahın sionist işğalçılarla 33 günlük müharibədə qələbə çalmasından sonra verilib və sionistlər bu hücumda Livanı işğal ediblər.

Gilad Ardanın Sayns ilə görüşü UNIFIL Qüvvələrinin rəhbəri təyin edildikdən bir neçə gün sonra baş tutub.

Bu yaxınlarda UNIFIL-in Baş Qərargah rəisi Stefano Del Kolenin mandatı başa çatdıqdan sonra BMT-nin baş katibi Antonio Quterreşin əmri ilə ispaniyalı general Eroldo Lazaro Sayns Livandakı Sülhməramlı Qüvvələrin komandanı təyin edilib.
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031