Rusiya Ukrayna ilə müharibədə ilk dəfə itkilərinin sayını açıqlayıb
Mьəllif: Admin
Tarix: 2-03-2022, 22:19
Bцlmə: Xəbərlər
Rusiya Ukrayna ilə müharibədə ilk dəfə itkilərinin sayını açıqlayıb
Rusiya Müdafiə Nazirliyi Ukraynada gedən hərbi əməliyatlarda həlak olan hərbçilərinin sayını açıqlayıb.

İnterAz-ın Ria Novosti-yə istinadən verdiyi məlumata görə, Ukraynadakı hərbi əməliyyatlarda indiyə kimi Rusiya tərəfindən 498 nəfər həlak olub, 1597 nəfər isə yaralanıb.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, ukraynalılar arasında ölənlərin sayı 2 870 nəfərdən çoxdur, yaralıların sayı isə 3 700 nəfərə yaxındır.

"Yalnız təsdiqlənmiş məlumatlara görə, Ukrayna hüquq-mühafizə orqanlarının əsir götürülən hərbçilərinin sayı 572 nəfərdir", - xəbərdə deyilir.

Müdafiə Nazirliyi bildirib ki, Rusiya hərbçiləri Popovo, Novqorovka, Novomixaylovka, Lyubimovka yaşayış məntəqələrini ələ keçirib.
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031