Ərdoğan: Türkiyə Rusiyanın Ukraynadakı hərbi əməliyyatını qəbuledilməz hesab edir
Mьəllif: Admin
Tarix: 24-02-2022, 16:47
Bцlmə: Xəbərlər
Ərdoğan: Türkiyə Rusiyanın Ukraynadakı hərbi əməliyyatını qəbuledilməz hesab edir
Biz Ukraynada yaşayan hər kəsin təhlükəsizliyini təmin etmək üçün əlimizdən gələni edəcəyik.

İnterAz-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O qeyd edib ki, Türkiyə hərbi əməliyyatı qəbuledilməz hesab edir və rədd edir.

"Rusiyanın Ukraynaya hərbi müdaxiləsi yolverilməzdir! Rusiyanın beynəlxalq hüquqa zidd addımı bölgədə stabillyə ciddi əngəl və zərbədir. Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik və tərəfləri böhranı dialoq yolu ilə həll etməyə çağırırıq.

Bir az əvvəl telefon danışığında Zelenskiyə də bildirdim ki, Türkiyə Ukraynanın ərazi bütövlüyünü qorumaq uğrunda mübarizəni dəstəkləyir.

Biz dərin tarixi əlaqələrimiz və dostluq münasibətlərimiz olan Rusiya ilə Ukrayna arasında problemləri Minsk razılaşmaları çərçivəsində dialoq yolu ilə həll etməyə çağırışımızı bir daha təkrar edirik", - deyə R.T Ərdoğan bildirib.


Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031