Rusiya Ukrayna arasında müharibə başladı
Mьəllif: Admin
Tarix: 24-02-2022, 10:36
Bцlmə: Xəbərlər
Rusiya Ukrayna arasında müharibə başladı
Ukraynanın paytaxtı Kiyev şəhərindəki strateji obyektlərə qanadlı və ballistik raketlər atılır”.

Bunu jurnalist Andrey Tsaplienko Telegram kanalında yazıb.

Məlumata görə, şəhərin Borispol hava limanı yaxınlığında partlayış səsləri eşidilir. Kramatorskda ən azı dörd partlayış, Odessa, Xarkov, Berdyanskda güclü partlayış baş verib.

Partlayışlar Dnepr çayının sol sahili, Poznyaki və Troeşin rayonları, Borispol qəsəbəsində də baş verib. Yerli sakinlərin bildirdiyinə görə, Xarkov və Mariupola Rusiya ilə sərhəddən qrad atılır.

Şahidlər Kiyevdə artilleriya atəşi və partlayış səsləri barədə Reuters agentliyinə məlumat veriblər. "The Guardian" qəzetinin Kiyevdəki müxbiri Lyuk Hardinq bildirib ki, Ukrayna aerodromları, hərbi qərargahları və komanda mərkəzləri qanadlı və ballistik raketlərlə vurulur.


www.24news.ge
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031