Azərbaycanın İrandakı səfiri Ayətullah Xameneinin Urmiya üzrə nümayəndəsilə görüşüb
Mьəllif: Admin
Tarix: 21-02-2022, 10:43
Bцlmə: Xəbərlər
Azərbaycanın İrandakı səfiri Ayətullah Xameneinin Urmiya üzrə nümayəndəsilə görüşüb
Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfiri Əli Əlizadə Urmiyaya səfəri çərçivəsində Ayətullah Xameneinin əyalət üzrə nümayəndəsilə görüşüb.

İnterAz SalamNews-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının səfiri bu barədə rəsmi tvitter hesabında yazıb.

Səfir İranın Qərbi-Azərbaycan əyalətinə səfəri çərçivəsində Ayətullah Xameneinin əyalət üzrə nümayəndəsi Seyid Mehdi Qureyşi ilə görüşdüyünü bildirib.

Səfir həmçinin əlavə edib ki, o bu səfər çərçivəsində Qərbi-Azərbaycan əyalətinin ostandarı Məhəmməd-Sadiq Mötəmədiyanla, Urmiya şəhər bələdiyyəsinin sədri Hüseyn Mehdizadə və sair rəsmilərlə görüş keçirib.

Qeyd edək ki, səfir bundan öncə Təbrizdə işgüzar səfərdə olub.
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031