Allah evini kimlər abad edər?
Mьəllif: admin1
Tarix: 5-01-2023, 18:47
Allah evini kimlər abad edər?
Mübarək dinimizdə məscidin əhəmiyyətini vurğulayan ayələrə diqqət edək:

1. İnsanın xilqəti boş yerə deyildir. Quran insanın xilqətindəki hədəfi onun mənəvi inkişafında görür. Təkamül yoluna çatmağı isə bəndəlikdə görür. “Cin və insanları yalnız Mənə ibadət etmələri üçün yaratmışam”. (“Zariyat” 56).

Allah-Təala məscidi ibadət məkanı qərar vermişdir. Bəli, məscid o yerdir ki, orada Allahın adı çoxlu zikr edilər.

“De: “Rəbbim ədalətə əmr etmişdir. Və “üzünüzü və diqqətinizi hər səcdə və namazda, hər namaz vaxtı və hər bir məsciddə (Allaha) yönəldin””. (“Əraf” 29).

2. Bütün yer və göy Allahın mülküdür. Kəbə Evi Allahın evi adlandırılmışdır. Bundan başqa hər bir məscid Allahın evidir.

İmam Sadiq (ə) buyurur: “Məscidə gedin, məscid - Allahın yer üzərindəki evidir”.

3. Qurani-Kərim buyurur ki, o kəs ki, Allahın məsciddə adının çəkilməsinə maneçilk törədər, ən zülmkar insandır.

“Allah məscidlərində Onun adının çəkilməsinə mane olan və onların viran edilməsi (istiqaməti)ndə çalışandan daha zalım kim ola bilər?”. (“Bəqərə” 114).

4. Quran buyurur ki, müşriklər məscidi təmir edə bilməz. “Müşriklərə öz küfrlərinə şahid olduqları halda (küfrlə şirk tovhidlə bağlı əməllərə zidd olduğu üçün) Allahın məscidlərini abadlaşdırmaq (tikməkdən tutmuş digər bəzək işlərinə kimi) yaraşmaz, haqları yoxdur, şəriət və ağıl baxımından da düzgün deyildir”. (“Tövbə” 17).

Müşriklərin nə məscidə gəlmək haqqı var və nə də onu təmir etmək. Allah Təala başqa yerdə buyurur: “Həqiqətən Allahın məscidlərini yalnız Allaha və axirət gününə iman gətirən, namaz qılan, zəkat verən və (dini vəzifələrin yerinə yetirilməsində) Allahdan başqa heç kəsdən qorxmayan şəxslər (maddi və mənəvi cəhətdən) abad edərlər”. (“Tövbə” 18).

5. Məscidin əhəmiyyəti o qədər yüksəkdir ki, Həzrət Peyğəmbər (s) meraca gedən zaman iki məsciddə olur. “Öz bəndəsini (Muhəmmədi (s) Özümüzün (tovhid, qüdrət və hikmətimizin) bəzi nişanələrimizi ona göstərmək üçün bir gecə Məscidül-Həramdan ətrafını (nazil olmuş mələklərin və oradan çıxmış peyğəmbərlərin mənəviyyatı, çoxlu ağacların yaşıllığı və çaylar ilə) mübarək (bərəkətli) etdiyimiz Məscidül-Əqsaya aparan Allah (hər bir eybdən) pak və nöqsansızdır”. (“İsra” 1).

6. Məscid bütün müsəlmanların ibadət yeridir və qibləni göstərir. Bir zamanlar Məscidul-Əqsa, başqa bir zaman isə Məscidul-Haram.

“Şübhəsiz, Biz sənin üzünün (bir işin baş verməsini gözləyən adam kimi) göydə o tərəf bu tərəfə çevrilməsini görürük və indi səni razı qalacağın bir qibləyə tərəf döndəririk. Odur ki, üzünü Məscidül-Hərama tərəf döndər”. (“Bəqərə” 144).

7. Allahın iki peyğəmbəri Allahın evinin təharətinə görə məsul idilər. “Və İbrahim ilə İsmailə tapşırdıq ki, Mənim evimi təvaf edənlər, yaxınlıqda olanlar (yaxud ibadətə çəkilənlər), rüku və səcdə edənlər üçün pak-pakizə edin”. (“Bəqərə” 125).

8. Məscid - müqəddəs yerdir. “Ey Adəm övladları, hər namaz vaxtı və hər bir məsciddə (əməl və məkana uyğun olaraq) bəzək və zinətlərinizi götürün (gözəl geyinin), (Allahın halal buyurduğu bütün halal yeməklərdən) yeyin-için, lakin israf etməyin ki, O, israf edənləri sevmir”. (“Əraf” 31).

9. Allah Təala məscidin əzəməti haqqında buyurur: “(Bu ilahi nur) Allahın (ad, məqam və binalarının) ucaldılmasına və orada Öz adının çəkilməsinə icazə verdiyi evlər (məscidlər və məsumların məqbərələrin)dədir. Həmin evlərdə səhərlər və axşamlar Onu pak sifətlərlə mədh edərlər”. (“Nur” 36).

O yer ki, Allahın əmri ilə bərpa olar, orada Allahın adı çəkilər və möminlər gecə və gündüz orada ibadətlə məşğul olarlar - Əllamə Təbatəbaiinin nəzərinə görə həmin yer məsciddir.

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031