Almaniyanın şimal-qərbində müsəlmanların qəbirləri dağıdılıb
Mьəllif: Admin
Tarix: 3-01-2022, 11:45
Bцlmə: Xəbərlər
Almaniyanın şimal-qərbində müsəlmanların qəbirləri dağıdılıb
Almaniya polisi şənbə günü bildirib ki, Almaniyanın şimal-qərbindəki İzerlon şəhərində müsəlman qəbiristanlığında 30-a yaxın məzar daşı dağıdılıb.

Prokurorluq və polis idarəsindən verilən məlumata görə, hadisə cümə günü axşam və ya şənbə günü, yanvarın 2-də baş verib. Onlar istintaqa kömək etmək üçün təxribatın şahidlərinin məlumat vermələrini istəyib.

Bu hücum Almaniyada son illərdə müsəlmanlara qarşı cinayətlərin narahatlıq doğuran artması fonunda baş verib.

Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yayaraq hadisədən təəssüfləndiyini bildirib. İslam əleyhinə hücumlar o qədər çoxalıb ki, hətta müsəlman qəbiristanlıqlarını da hədəfə alıblar.

Türkiyə Xarici İşlər Nazirliyi, rəsmi qurumları bu iyrənc hücumu törədənləri taparaq məsuliyyətə cəlb etməyə və onlara layiq olduqları cəzanı verməyə çağırıb. Səlahiyyətlilərdən həmçinin bu kimi halların qarşısını almaq üçün addımlar atmaları istənilib.
("İQNA")

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930