Almaniyada müsəlmanların sayı əhəmiyyətli dərəcədə artıb
Mьəllif: Admin
Tarix: 2-01-2022, 20:15
Bцlmə: Xəbərlər
Almaniyada müsəlmanların sayı əhəmiyyətli dərəcədə artıb
Almaniyanın Miqrasiya və Qaçqınlarla İş üzrə Federal İdarəsi ötən il apardığı araşdırmaya əsasən, bildirib ki, son bir neçə ildə Almaniyada müsəlmanların sayında əhəmiyyətli dərəcədə artım olub.

Beləliklə, ötən il müsəlmanların sayı 5,6 milyon nəfərə çatıb.

Araşdırmaya görə, hazırda Almaniyada 5,3-5,6 milyon müsəlman yaşayır. Bu say, bu ölkənin ümumi əhalisinin 6,4-6,7%-nə bərabərdir.

2015-ci ildə aparılan son araşdırmanın nəticələri ilə müqayisədə müsəlmanların sayı təxminən 900 min nəfər artıb.

Bu müsəlmanların 2,5 milyonu türk əsillidir. Araşdırmada həmçinin 1,5 milyon alman müsəlmanının ərəb ölkələrindən ölkəyə köçdüyü məlum olub. Onların 19%-i Yaxın Şərqdən, 8%-i isə Şimali Afrikadan Almaniyaya köçüb.

Son illərdə İslamı qəbul edən almanların sayı da artıb.
("İQNA")
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930