"Ənkəbut" surəsinin 46-cı ayəsi İslamla Xristianlığın qarşılıqlı əlaqəsini ifadə edir
Mьəllif: Admin
Tarix: 28-12-2021, 13:26
Bцlmə: Xəbərlər
"Ənkəbut" surəsinin 46-cı ayəsi İslamla Xristianlığın qarşılıqlı əlaqəsini ifadə edir
Livanlı xristian mütəfəkkir, yazıçı və ədib Mişel Kədi, ərəb dünyasının dəyərli yazıçılarından biridir. Onun Əhli-beytə (ə) və İmamlara (ə) xüsusi sevgi və bağlılığı vardır. O, İmamların həyatına dair 12 cildlik kitab yazmışdır.

O, həm də İslam və Xristianlıq arasında qarşılıqlı əlaqənin zəruriliyi üzrə ekspertdir. Quran və İncillə tanışlıq müsəlmanlara və xristianlara sülh içində həyat sürməyə kömək edər.

Mişel Kədi, bildirib ki, Quran və İncil bizdən ilahi yolda getməyi tələb edir. Bu iki kitabdan ruhumuzu ilahi eşqlə işıqlandıracaq məzmunları çıxarmalıyıq.

Quran İslam və Xristianlığın qarşılıqlı əlaqəsindən bəhs edir. Bu baxımdan Qurani-Kərimdən müsəlmanların xristianlarla qarşılıqlı əlaqəsini vurğulayan bir ayə ağlıma gəlir ki, Allah buyurub: "Kitab əhli ilə zülm edənləri istisna olmaqla, yalnız ən gözəl bir tərzdə mücadilə və mübahisə edin. Deyin: Biz özümüzə nazil olana və sizə nazil olana iman gətirmişik və bizim də Allahımız və sizin də Allahınız birdir və biz ona təslim olanlarıq." (Ənkəbut surəsi ayə 46)
("İQNA")

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031