Blinken Ukrayna və Gürcüstanın NATO-ya daxil olması üçün şərtləri açıqlayıb
Mьəllif: Admin
Tarix: 13-12-2021, 11:02
Bцlmə: Xəbərlər
Blinken Ukrayna və Gürcüstanın NATO-ya daxil olması üçün şərtləri açıqlayıb
“Ukrayna və Gürcüstan tələblərə cavab verərsə, NATO üzvlüyündə irəliləyə bilər”.

Bunu ABŞ dövlət katibi Entoni Blinken NBC telekanalına müsahibəsində deyib.

“Alyans hələ 2008-ci ildə təsdiqləyib ki, təşkilat Ukrayna və Gürcüstan üçün açıqdır. Əgər onlar üzvlük üçün müraciət etməyə davam etsələr və tələblərə cavab versələr, bu məsələnin həlli yaxınlaşacaq”, E.Blinken bildirib.

Dövlət katibinin sözlərinə görə, NATO yarandığı gündən açıq şəkildə bəyan edib ki, qapıları üzvlüyə can atan və lazımi meyarlara cavab verən istənilən Avropa ölkəsi üçün açıqdır.

Qeyd edək ki, 2008-ci il sammitində Şimali Atlantika Alyansı Ukrayna və Gürcüstanın üzv olacağına dair siyasi bəyanat qəbul edib.

Lakin hər iki ölkəyə təşkilata üzv olmaq üçün hüquqi prosedurun ilk addımı olan üzvlüyə hazırlıq üçün fəaliyyət planını təqdim etməkdən imtina edib.
(APA)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930