Braziliyada şiə məscidinə hücum olub
Mьəllif: Admin
Tarix: 29-11-2021, 20:11
Bцlmə: Xəbərlər
Braziliyada şiə məscidinə hücum olub
Məscidin rəhbərliyi bu gün, şənbə günü İnstaqram səhifəsində dərc olunan rəsmi açıqlamada bildirib: "Müsəlman icmasındakı bacı və qardaşlarımıza təəssüflə bildiririk ki, cümə günü səhər saatlarında sevimli məscidimiz təxribatçılar və bidətçilər tərəfindən hücuma məruz qalıb."

Həmçinin deyilib ki, bu iyrənc cinayət təkcə İslama qarşı deyil, həm də bütün digər dinlərə qarşı yönəlmişdir. Çünki bu hücumda Allahın kəlamı və evinə hörmətsizlik olundu.

Braziliya saytı (arede) cinayəti törədənlərin məscidə yan qapını sındıraraq daxil olduqlarını bildirib.

O, əlavə edib: "Qurani-Kərimin bir nüsxəsini yandırmaqla yanaşı, islami ifadələrin yazıldığı asılmış çərçivəni də yandırıblar. İçəri girənlər məsciddəki təsbehləri qırıb, məscidin divarlarını dağıdıblar. Amma məsciddən heç nə oğurlanmayıb."
(İQNA)

Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031