Putin: "Üçtərəfli görüşdən sonra bölgədə fərqli ab-hava yaranacaq"
Mьəllif: Admin
Tarix: 27-11-2021, 10:49
Bцlmə: Xəbərlər
Putin: "Üçtərəfli görüşdən sonra bölgədə fərqli ab-hava yaranacaq"
"Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ilə üçtərəfli formatda danışıqlardan sonra regionda nəqliyyat kommunikasiyaları açılacaq".

Bu barədə Rusiya Prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla keçirdiyi ikitərəfli görüşdə bildirib.

“Bu gün üçtərəfli formatda müzakirə etdiyimiz rabitə, nəqliyyat marşrutları regionun bütün ölkələrinin, o cümlədən Rusiyanın iqtisadiyyatı üçün son dərəcə vacibdir, çünki strateji tərəfdaşlığımızı təmin edəcək kommunikasiya xətlərinin bərpasında maraqlıyıq.

Ümid edirəm ki, biz bu işin son mərhələsinədək irəliləyəcəyik. Mən bu gün gördüm ki, əlavə təsdiq tələb edən bəzi şeylər var, lakin fundamental xarakter daşımır", - deyə Putin vurğulayıb.

Putin əlavə edib ki, iqtisadi məsələlər razılaşdırılıb, bundan sonra bölgədə fərqli ab-hava yaranacaq.
(24news.ge)
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031