Britaniyalı müsəlmanlardan xəstələrə yardım üçün gözəl addım
Mьəllif: Admin
Tarix: 20-11-2021, 10:51
Bцlmə: Xəbərlər
Britaniyalı müsəlmanlardan xəstələrə yardım üçün gözəl addım
Londondan şimal-qərbdə yerləşən Votforddan olan müsəlmanlardan ibarət həvəskar futbol komandası pandemiya ilə mübarizədə şəhərin səhiyyə sisteminə dəstək vermək və dərmanlar, oksigen kondensatorları və digər vasitələrin alışı üçün vəsait toplamaq qərarına gəlib.

Gənc müsəlmanlardan ibarət komanda 24 saatlıq futbol marafonunda iştirak edib. Həmin marafon zamanı koronavirusdan əziyyət çəkən insanlara dəstək üçün 6,8 min funt sterlinq pul toplanılıb.

Tədbiri məşhur futbolçu Lüter Blisset və parlament üzvü Din Rassel də ziyarət edib. Tədbirdə 30 komanda iştirak edib.
(Az.shafaqna.com)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930