Məscidul-Həram və Məscidun-Nəbi tam azad ibadətə açılır
Mьəllif: Admin
Tarix: 17-10-2021, 12:13
Bцlmə: Xəbərlər
Məscidul-Həram və Məscidun-Nəbi tam azad ibadətə açılır
Səudiyyə rejimi Məkkədəki Məscidul-Həram və Mədinədəki Məscidun-Nəbinin oktyabrın 17-dən etibarən tam gücü ilə ibadət üçün açılmasına icazə veriləcəyini açıqlayıb.

Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, Səudiyyə rejimi koronavirus (Kovid-19) tədbirlərini yumşaldılması istiqamətində işləri davam etdirir. Bu işlər çərçivəsində Məkkədəki Məscidul-Həram və Mədinədəki Məscidun-Nəbinin tam gücü ilə ibadət üçün açılmasına icazə veriləcəyi açıqlanıb.

Səudiyyə rejiminin KİV-lərinin Daxili İşlər Nazirliyinin məmuruna əsaslanaraq yaydığı xəbərdə, gələn bazar günündən etibarən 2 doza peyvənd vuranlar üçün tədbirlərin yüngülləşdiriləcəyi, açıq yerlərdə maska tələbi və məsafə qaydasının qaldırılacağı bildirilib.

İctimai yerlərdə, ictimai nəqliyyatda, restoranlarda, kinoteatrlarda və digər oxşar yerlərdə tutum məhdudiyyətinin yığışdırılmasında da qərar verildiyi bildirilib.

Şadlıq saraylarında və oxşar yerlərdə tədbirlərin sayı məhdudlaşdırılmadan keçirilə biləcəyi və bu cür tədbirlərdə iştirak etmək üçün 2 doza peyvənd tələb olunacağı qeyd edilib. Qaydaların epidemiyanın inkişafından asılı olaraq dəyişə biləcəyi də bildirilib.
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031