İmam Hüseynin (ə) hərəmində il yarımdan sonra camaat namazı
Mьəllif: Admin
Tarix: 12-10-2021, 22:18
Bцlmə: Xəbərlər
İmam Hüseynin (ə) hərəmində il yarımdan sonra camaat namazı
Bu gün (12 oktyabr) İmam Hüseynin (ə) mütəhhər hərəmində gündəlik camaat namazları il yarımlıq fasilədən sonra yenidən bərpa olunub.

Deyerler.org xəbər verir ki, müqəddəs ziyarətgaha bağlı “İmamhussain” saytı bu gün Şeyx Əbdül Mehdi Əl-Kərbəlayinin imamlığı ilə il yarımlıq fasilədən sonra qılınan ilk camaat namazından görüntüləri paylaşıb.

Qeyd edək ki, dünən İmam Hüseynin (ə) pak hərəminin qəyyumunun ofisi məlumat paylaşmışdı: “Mömin kişilərə və qadınlara bildiririk ki, sabahdan etibarən, hicri 1443 ili rəbiyəl-əvvəl ayının 5-dən etibarən İmam Hüseynin (ə) hərəmində camaat namazının qılınması bərpa olunur”.

Həmçinin qeyd edilmişdi ki, Ayətullah Seyid Əli Sistaninin nümayəndəsi Şeyx Əbdül Mehdi Əl-Kərbəlayi sosial məsafəyə riayət olunaraq, müqəddəs hərəmdə qılınacaq camaat namazına pişnamazlıq edəcək.

İmam Hüseynin (ə) Müqəddəs Türbəsinin rəsmisi vurğulayıb ki, cümə namazını İmam Hüseynin (ə) hərəmində keçirmək hələ də qadağandır.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930