Dəmirin ürək-damar xəstəliyi riski ilə əlaqəsi
Mьəllif: Admin
Tarix: 12-10-2021, 22:12
Bцlmə: Xəbərlər
Dəmirin ürək-damar xəstəliyi riski ilə əlaqəsi
İnsan qidalanmasında kifayət qədər dəmirə üstünlük versə, orta yaşda hər on ürək xəstəliyi halının qarşısını almaq olar.

Araşdırmada orqanizmdə dəmir miqdarını ölçülmüş 12164 ortayaşlı avropalı iştirak edib.

Eyni zamanda, alimlər ürək-damar xəstəliklərinin inkişafı kimi siqaretçəkmə, şəkərli diabet, piylənmə, xolesterol miqdarı və bir çox digər amilləri də nəzərə alıb.

"Deyerler.org"un gazeta.ru-ya istinadən verdiyi xəbərə görə, mütəxəssislər eyni zamanda mütləq və funksional dəmir çatışmazlığı arasındakı fərqi də nəzərə alıb - burada birincisi, bədəndəki dəmir miqdarının aşağı olması, ikincisi isə, bədəndə kifayət qədər ehtiyat olsa da, qanda bir elementin çatışmazlığıdır.

“Araşdırma nəticəsində məlum olub ki, ortayaşlı əhalidə dəmir çatışmazlığı geniş yayılıb.

Bu insanlarda ürək-damar xəstəlikləri inkişaf riski artmış, ürək-damar xəstəliklərindən ölmə ehtimalı da yüksək olub”, - deyə araşdırma müəllifi doktor Benedikt Şraqe bildirib.

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031