Nigeriya paytaxtında Ərbəin yürüşündə şəhid olanların sayı artdı
Mьəllif: Admin
Tarix: 30-09-2021, 11:57
Bцlmə: Xəbərlər
Nigeriya paytaxtında Ərbəin yürüşündə şəhid olanların sayı artdı
Sentyabrın 28-i Nigeriya Təhlükəsizlik Qüvvələrinin paytaxt Abucada Əhli-Beyt (ə) sevdalılarının keçirdiyi dinc Ərbəin yürüşünə hücumu nəticəsində şəhid olanların sayının 8-ə yüksəldiyi, ən azı 60 nəfərin həbs edildiyi qeyd edilib.

Deyerler.org İslamicmovement-ə istinadən xəbər verir ki, hücum zamanı çoxlarının sığındığı Abuca ətrafındakı kolluqda itkin düşənlərin axtarışı davam edir.

Həbs zamanı bir çoxları, xüsusən də qadınlar şiddətli şəkildə döyülüb, bəziləri isə hələ də huşsuz vəziyyətdədir.

Odlu silahdan yaralanmalarının səviyyəsi narahatlıq doğurur. Bəzilərinin əzaları qırılıb, digərlərinin bədənlərində güllə var.

Təəssüf doğuran məqam budur ki, matəm mərasimində iştirak edənlər Ərbəin yürüşünü bitirdikdən və yekun bəyanat oxunduqdan sonra hücuma məruz qalıblar.

Bir neçə insan haqları qrupları Buxari rejimini günahsız insanlara qarşı törədilmiş insan haqları pozuntuları və vəhşiliklərə görə qınayır.

Xatırladaq ki, Şeyx Zəkzəkinin davamçıları tərəfindən hər il Nigeriyanın şəhər və qəsəbələrində rəmzi olaraq Ərbəin yürüşləri keçirilir.

Builki yürüşlər üç gün əvvəl Jos yolu, Kano və digər yerlərdə başlamışdı.
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031