Azərbaycanla İraq arasında əməkdaşlığa dair iki sənəd imzalandı
Mьəllif: Admin
Tarix: 28-09-2021, 22:36
Bцlmə: Xəbərlər
Azərbaycanla İraq arasında əməkdaşlığa dair iki sənəd imzalandı
İraq Ticarət Palataları Federasiyası Azərbaycan məhsullarının İraq bazarına çıxarılmasında maraqlıdır.

Bunu Federasiyanın prezidenti Abdulrazaq Al-Zuhiri işgüzar əməkdaşlıq imkanlarına dair Bakıda keçirilən Azərbaycan-İraq dəyirmi masasında çıxış edərkən deyib.

O həmçinin ölkəsinin Azərbaycana investisiya qoyuluşunda, iş adamları arasında əlaqələrin genişləndirilməsində maraqlı olduğunu qeyd edib.

Görüşdə bu cür tədbirlərin iki ölkənin biznes dairələrinin əməkdaşlığının genişləndirilməsində əhəmiyyətli rol oynayacağı qeyd olunub.

Dəyirmi masa çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və İraq Ticarət Palataları Federasiyası arasında qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Sənəddə KOB-ların dəstəklənməsinə dair təcrübə mübadiləsi, Azərbaycan və İraq KOB-ları arasında əlaqələrin qurulmasının təşviqi kimi məsələlər öz əksini tapıb.

Tədbirdə həmçinin, Azərbaycanın Ticarət və Sənaye Palatası və İraq Ticarət Palataları Federasiyası arasında əməkdaşlığa dair saziş imzalanıb.
(eastnews.org)
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031