Azərbaycan və İran XİN rəhbərləri görüşdü
Mьəllif: Admin
Tarix: 24-09-2021, 18:00
Bцlmə: Xəbərlər
Azərbaycan və İran XİN rəhbərləri görüşdü
Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla İranın Xarici İşlər naziri Əmir Abdullahiyan dünən axşam görüş keçirib.

Əmir Abdullahiyan görüşdə İranın Azərbaycan Respublikası ilə əlaqələrə böyük önəm verdiyini və əvvəlki razılaşmaların qüvvəyə minəcəyinə ümid etdiyini ifadə edərək,

"İran İslam Respublikasının yeni hökuməti qonşu ölkələrlə əlaqələrə üstünlük verir", - deyib.

İki ölkənin regional və qlobal forumlarda bir-birini dəstəklədiyini qeyd edən Əmir Abdullahiyan bu münasibətin qorunması lazım olduğunu vurğulayıb.

Abdullahiyan bir çox məsələlərdə Azərbaycanla ortaq nöqtələrin olduğunu ifadə edərək, İran İslam Respublikasının hər zaman Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəklədiyini xatırladıb.

Azərbaycanda işğaldan azad edilmiş bölgələrin yenidən qurulması prosesinin İranla əməkdaşlıq üçün daha əhatəli bir zəmin yaratdığını vurğulayan Əmir Abdullahiyan "Bəzi üçüncü tərəflərin iki ölkə arasındakı yaxşı əlaqələrə kölgə salmasına icazə verilməməlidir", - deyə bildirib.

Bu görüşdə Azərbaycanın Xarici İşlər naziri də öz növbəsində Tehranın ev sahibliyi etdiyi İran-Türkiyə-Azərbaycan Üçtərəfli Görüşünün təşkilini məmnuniyyətlə qarşılayıb.

Çox müsbət dinamikaya malik İran-Azərbaycan əlaqələrinin düzgün istiqamətdə irəlilədiyini ifadə edən Ceyhun Bayramov Azərbaycan Respublikasının ərazi bütövlüyünə verdiyi dəstəyə görə İrana təşəkkürünü bildirib.

Ceyhun Bayramov Azərbaycanın İran İslam Respublikası ilə siyasi, iqtisadi, ticarət və mədəni sahələr də daxil olmaqla bütün sahələrdə əməkdaşlığı inkişaf etdirmək istədiyini ifadə edərək, Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin birgə komissiya çərçivəsində iranlı həmkarı ilə görüşə hazır olduğunu bildirib.
(eastnews.org)

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930