İbrahim Rəisi: "ABŞ regiondan çıxmır, çıxarılır"
Mьəllif: Admin
Tarix: 22-09-2021, 20:42
Bцlmə: Xəbərlər
İbrahim Rəisi: "ABŞ regiondan çıxmır, çıxarılır"
İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisi BMT Baş Assambleyasının 76-cı iclasında videokonfrans vasitəsilə çıxış edib.

O, çıxışı zamanı bildirib ki, bu gün baş verən hadisələr bunu göstərir ki, ABŞ Əfqanıstan və İraqdan çıxmır, çıxarılır: "ABŞ-ın ağılsızlığının acı nəticələrini məzlum Fələstin, Suriya, Əfqanıstan, Yəmən və sair ölkələrin xalqları çəkir. Bölgədə terror ABŞ tərəfindən yaradılır və Vaşinqton bu amili həmişə bəhanə edir".

Bundan əlavə İran prezidenti nüvə sazişinin ABŞ tərəfindən pozulduğunu və Vaşinqtonun birtərəfli qaydada bu sazişdən çıxdığını qeyd edib.
(eastnews.org)

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930