Bayden: "Biz erməni xalqının acısına şərikik"
Mьəllif: Admin
Tarix: 22-09-2021, 20:40
Bцlmə: Xəbərlər
Bayden: "Biz erməni xalqının acısına şərikik"
ABŞ prezidenti Co Bayden Ermənistanın müstəqilliyinin 30 illiyi ilə əlaqədar bu ölkənin baş naziri Nikol Paşinyana təbrik məktubu göndərib.

Bu barədə "Azatutyun" saytı məlumat yayıb. Məlumata görə, Bayden, Ermənistanın müstəqilliyini elan etməsinin 30 illiyi münasibətilə göndərdiyi mesajda xüsuai olaraq Qarabağ məsələsinə toxunub.

ABŞ-ın İrəvandakı səfirliyinin yaydığı məktubda deyilir: "Erməni xalqı son bir ildə Dağlıq Qarabağ münaqişəsindəki döyüşlərdə faciəli həyat itkisi də daxil olmaqla çətinliklərlə üzləşib. Bu da faciəvi itkilərə səbəb olub.

Biz erməni xalqının acısına ortaq olaraq, ATƏT-in Minsk Qrupu formatında və digər regional formatlarda regional sabitliyin təmin edilməsi və münaqişənin nizamlanması üçün Ermənistan hökuməti ilə əl-ələ işləyəcəyik".
(eastnews.org)

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930