İraqda Ərbəin zəvvarlarına qarşı üç terrorun qarşısı alındı
Mьəllif: Admin
Tarix: 20-09-2021, 19:51
Bцlmə: Xəbərlər
İraqda Ərbəin zəvvarlarına qarşı üç terrorun qarşısı alındı
İraq təhlükəsizlik qüvvələri dünən (19 sentyabr) Babil vilayətinin mərkəzi şəhərində İmam Hüseynin (ə) Ərbəin zəvvarlarına qarşı üç terror əməliyyatının qarşısını almağı bacarıblar.

Deyerler.org xəbər verir ki, təhlükəsizlik mənbəyinin Shafaq News saytına verdiyi məlumata görə, İraqın kəşfiyyat xidməti sentyabrın 18-i Babil əyalətində Ərbəin zəvvarlarına qarşı edilən üç istiqamətli hücumun qarşısını alıblar.

“Babil kəşfiyyat xidmətinin təhlükəsizlik qüvvələri Əl-Musəyyib şəhərinin Əl-Bucasəm bölgəsində Ərbəin zəvvarlarını hədəfə alan əməliyyatın qarşısını aldı. Terror aktı bomba və iki partlayıcı kəmərlə törədiləcəkdi”, - deyə sözügedən mənbə bildirib.

Terror əməliyyatı ilə bağlı ətraflı məlumat verməyib.

Bu arada, İraqın Əl-Həşduş Şəbi təşkilatı da Samirra şəhərinin şərq bölgələrində yoxlama və təmizləmə əməliyyatlarının başa çatdığını elan edib.

Samirra Əməliyyat Komandanlığına bağlı olan 315-ci briqada, 3-cü Federal Polis Briqadasının 3-cü alayının dəstəyi ilə Samirranın şərqindəki Təl-Əsvad, Əl-Taqiya və Bənət Əl-Hassan bölgələrində təmizləmə və yoxlama əməliyyatlarını tamamlayıb.

Əl-Həşdu Şəbi əməliyyatla qeyd olunan bölgələrdə təhlükəsizliyi gücləndirmək və şəhər ətrafında təhlükəsizliyi təmin etmək kimi bütün məqsədlərinə çatdığını elan edib.

Bundan əvvəl Əl-Həşduş Şəbi qərargah rəisinin müavini Yasir Əl-Hüseyn bu yaxınlarda verdiyi açıqlamasında belə demişdi: “Təşkilatımızın İmam Hüseynin (ə) Ərbəin mərasimi üçün qurduğu əməliyyat otağı, sonuncu zəvvar Kərbəladan qayıdana qədər fəaliyyətini davam etdirəcək”.
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031