Türkiyə XİN Avropa liderləri zirvə toplantısının Kipr qərarını qınadı
Mьəllif: Admin
Tarix: 19-09-2021, 10:02
Bцlmə: Xəbərlər
Türkiyə XİN Avropa liderləri zirvə toplantısının Kipr qərarını qınadı
Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Tanju Bilgiç Cənubi Avropanın dövlət və hökumət başçılarının zirvə toplantısından sonra Afina Bəyannaməsinin müddəalarını Kipr nizamlanması ilə əlaqədar qərəzli hesab etdiyini söyləyib.

“Aİ-nin doqquz üzvünün Afina sammitinin sonunda verdiyi birgə bəyanat qərəzli, uzaqgörən olmayan və reallıqdan uzaqdır. Bu bəyanatı imzalayan Aİ ölkələrini həmrəylik pərdəsi altında və kor-koranə Yunanıstan və Kiprin yunan idarəçiliyinin yolunu tutan birtərəfli və qərəzli mövqelərindən əl çəkməyə çağırırıq”, - deyə Türkiyə XİN rəsmisi bildirib.

Xatırladaq ki, EUMED 9 zirvəsinə Fransa, Yunanıstan, İspaniya, İtaliya, Xorvatiya, Kipr, Malta, Portuqaliya və Sloveniya dövlət və hökumət başçıları qatılıb.

Sammitin nəticələrinə dair bəyannamə Kipr probleminin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq siyasi bərabərliyə malik iki cəmiyyətli, ikitərəfli bir federasiya əsasında həllinə sadiqliyini təsdiqləyib. İki dövlətin birlikdə yaşamasına əsaslanan bir həll təklifinin qəbuledilməz olduğu vurğulanıb.
(eastnews.org)

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930