İran və Tacikistan arasında 8 əməkdaşlıq sənədi imzalandı
Mьəllif: Admin
Tarix: 19-09-2021, 09:54
Bцlmə: Xəbərlər
İran və Tacikistan arasında 8 əməkdaşlıq sənədi imzalandı
Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) iclasında iştirak etmək üçün Tacikistanda olan İran Prezidenti Seyid İbrahim Rəisi bu gün rəsmi görüş çərçivəsində tacik həmkarı İmaməli Rəhman tərəfindən qarşılanıb.

Rəsmi qarşılanma mərasimindən sonra İran və Tacikistan prezidentləri rəsmi ikitərəfli görüşlərə başlayıblar.

Prezidentlərin görüşlərindən sonra yüksək səviyyəli nümayəndə heyətlərinin birgə görüşləri keçirilib və iki ölkə arasında 8 əməkdaşlıq sənədi imzalanıb.

Danışıqların sonunda İran və Tacikistan prezidentləri mətbuat konfransı keçirəcək və iki tərəf arasındakı danışıqların nəticələrini və nailiyyətlərini açıqlayacaqlar.
(eastnews.org)

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930