ABŞ-ın blokadasını yaran karvan Livana çatdı
Mьəllif: Admin
Tarix: 16-09-2021, 23:00
Bцlmə: Xəbərlər
ABŞ-ın blokadasını yaran karvan Livana çatdı
Hizbullah hərəkatı ABŞ-ın Livanı diz çökdürmək üçün tətbiq etdiyi blokada yarmağı bacarıb.

Deyerler.org xəbər verir ki, Livanın “Al-Manar” telekanalının verdiyi məlumata görə, İran tərəfindən göndərilən dizel daşıyan 20 yanacaq tankeri Livan ərazisinə daxil olub.

Livanın Hizbullah hərəkatının baş katibi Seyid Həsən Nəsrullah dünən (15 sentyabr) mövzu ilə əlaqədar Tvitterdə yazdığı mesajda, belə qeyd edib:

“Cümə axşamı günü yanacaq tankeri karvanını qarşılamaq üçün insanların Baalbək Əl-Harmal bölgəsinə toplaşacağını öyrəndim. Hörmətli xalqımızın böyük və səmimi dəstəyindən xəbərdarıq”.

Seyid Həsən Nəsrullah Livan vətəndaşlarına minnətdarlığını bildirib və insanların sağlamlığı və yanacaq tankerinin qorunması üçün tanker karvanının keçərkən toplaşmamalarını istəyib.

Seyid Həsən Nəsrullah ABŞ-ın sanksiyalarına məhəl qoymayaraq, İrandan Livan lirası ilə yanacaq almağı təklif etmişdi.

Seyid Həsən Nəsrullah İrandan yanacaq alınması ilə bağlı bunları demişdi: “İranlılarla üçüncü mazut gəmisini Livana göndərmək barədə razılığa gəldik. Livanın gələcəkdə çətin mərhələləri aşmaq üçün 3-dən artıq neft gəmisinə ehtiyacımız var”.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930