İsrail rejiminə görə 50 min Kovid-19 peyvənd dozası məhv edildi
Mьəllif: Admin
Tarix: 14-09-2021, 23:45
Bцlmə: Xəbərlər
İsrail rejiminə görə 50 min Kovid-19 peyvənd dozası məhv edildi
Fələstin Səhiyyə Nazirliyinin Qəzza şöbəsi sionist İsrail rejiminin çatdırılmasını gecikdirdiyi və istifadəyə yararsız halda olduğu 50 min Kovid-19 peyvənd dozasını məhv edib.

Deyerler.org Anadolu-ya istinadən xəbər verir ki, nazirlik yeni tip koronavirus (Kovid-19) əleyhinə 50 min “Sputnik Lite” peyvənd dozasının istifadə üçün yararsız vəziyyətə düşməsinə görə, İsrail rejimini ittiham edib.

Nazirlikdən verilən yazılı açıqlamada, 9 sentyabrda nazirliyin Ramallahdakı sağlamlıq anbarlarından İsrail rejiminin nəzarətində olan Kərəm Əbu Salim sərhəd-buraxılış məntəqəsi vasitəsilə 50 min Sputnik Lite peyvənd dozası alındığı qeyd edilib.

Açıqlamada, sözügedən peyvəndlərin təhlükəsizliyini və keyfiyyətini təmin etmək üçün bir sıra təsdiqlənmiş proseduraların aparıldığı bildirilib. Müayinə və yoxlamadan sonra peyvəndlərin zədələndiyi və istifadəyə yararsız olduğu vurğulanıb.

Açıqlamada istifadə üçün uyğun olmayan 50 min dozanın məhv edilməsinə qərar verildiyi bildirilib: “İsrail rejimi peyvəndlərin vaxtında gəlməsinə maneə yaratdıqları və uyğun olmayan nəqliyyat və soyuducu şəraitdə uzun müddət saxlandıqları üçün məhv edilməsinə görə məsuliyyət daşıyırlar”.

Təxminən 2 milyon fələstinlinin yaşadığı Qəzzada Kovid-19 virusuna görə ölənlərin sayı 1228 nəfərə, virusa yoluxanların sayı isə 147368 nəfərə yüksəlib.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930