Ərbəin münasibətilə dünyanın ən böyük “Ya Hüseyn” bayrağı qaldırıldı
Mьəllif: Admin
Tarix: 7-09-2021, 21:44
Bцlmə: Xəbərlər
Ərbəin münasibətilə dünyanın ən böyük “Ya Hüseyn” bayrağı qaldırıldı
İraqın cənubundakı ən ucqar nöqtəsindən Ərbəin zəvvarları Kərbəlanı ziyarət etmək üçün yürüşlərini davam etdirir.

Deyerler.org Al-Kafeel-ə istinadən xəbər verir ki, İraqın Bəsrə şəhərinin Fau rayonun Ras Əl-Bişə məntəqəsində sentyabrın 6-sı keçirilən xüsusi mərasimdə minlərlə zəvvar Ərbəin günü Kərbəlada olmaq üçün piyada yola salınıb.

İraqın cənub məntəqələrindən Bəsrədə dəniz sahilindən yola düşən Ərbəin zəvvarları Kərbəlaya İmam Hüseynin (ə) ən böyük bayrağını daşıyırlar.

Artıq doqquzuncu ildir ki, Ras Əl-Bişə məntəqəsində Ərbəin yürüşünü başlanma mərasimi təşkil edilir.

675 kilomterlik məsafəni İmam Hüseynin (ə) bayrağını piyada daşıyaraq, Kərbəlaya gedən zəvvar, bunu İmam Hüseynə (ə) eşqinə görə etdiyini bildirir. Bəsrəlilər bu mərasimi “Dənizdən çaya” adlandırırlar.

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031