İraq hökuməti Ərbəin ziyarəti ilə bağlı qərar verdi
Mьəllif: Admin
Tarix: 6-09-2021, 10:27
Bцlmə: Xəbərlər
İraq hökuməti Ərbəin ziyarəti ilə bağlı qərar verdi
İraq hökuməti Ərbəin ziyarəti ilə bağlı qərar qəbul edib.

Maide.Az “Fars” agentliyinə istinadla xəbər verir ki, İraqın baş naziri Mustafa Əl-Kaziminin başçılığı ilə İraqda Milli Sağlamlıq və Ali Səhiyyə Komitəsinin iclası keçirilib.

İclasda İraqda koronavirusa yoluxma durumu, yoluxanların sayının artması və Ərbəin ziyarətinin təşkili məsələsi müzakirə olunub.

İclasda cari ildə Ərbəin ziyarəti üçün İrandan 30 min nəfər, Ərəb ölkələri və digər ölkələrdən 10 min nəfərlik kvotanın ayrılması qərara alınıb.

Belə ki, Ərbəin ziyarətinə zəvvarlar digər ölkələrdən İraq Beynəlxalq Hava Limanı vasitəsi ilə giriş edə biləcək. Zəvvarların İraqa girməmişdən 72 saat öncə PCR testi verməsi zəruridir.
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031