Bayden 11 sentyabrla bağlı sənədlərin məxfiliyini açmaq barədə tapşırıq verdi
Mьəllif: Admin
Tarix: 4-09-2021, 10:42
Bцlmə: Xəbərlər
Bayden 11 sentyabrla bağlı sənədlərin məxfiliyini açmaq barədə tapşırıq verdi
11 sentyabr hadisələrinin 20-ci ildönümü ərəfəsində Amerika xalqının bu hücumlar haqqında daha dolğun bir təsəvvürə sahib olmağa layiq olduğu açıqlanıb.

Bu barədə ABŞ Prezidenti Cozef Bayden bildirib.

Onun sözlərinə əsasən, ABŞ hökumətinin maksimum şəffaflığı qoruyub saxlaması və yalnız bəzi hallarda məxfiliyi qoruması vacibdir.

ABŞ Prezidenti ölkənin baş prokuroru Merrik Qarlanda 11 sentyabr 2001-ci il hücumları ilə əlaqədar gizli sənədləri 6 ay ərzində yayımlamağı tapşırıb.

Xatırladaq ki, 11 sentyabr hadisələrinin 20 illiyi ərəfəsində istintaq materiallarından məxfilik elementlərinin çıxarılması Baydenin seçki vədlərindən biri olub.
(eastnews.org)

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031