İraqda İmam Hüseyn (ə) xəstəxanasında yanğında ölənlərin sayı 58-ə yüksəldi
Mьəllif: Admin
Tarix: 14-07-2021, 10:35
Bцlmə: Xəbərlər
İraqda İmam Hüseyn (ə) xəstəxanasında yanğında ölənlərin sayı 58-ə yüksəldi
İraq rəsmiləri İraqın Nasiriya şəhərindəki İmam Hüseyn (ə) adına xəstəxanada baş vermiş yanğın nəticəsində ölənlərin sayının 58 nəfərə və yaralananların sayının da 22 nəfərə çatdığını açıqlayıb.

Deyerler.org Farsnews-a istinadən xəbər verir ki, “Al-Ain” saytının verdiyi məlumata görə, Zi Qar vilayətindəki səhiyyə idarəsinin sözçüsü Heydər Əz-Zamili mətbuata açıqlamasında bunları deyib:

“Zi Qar vilayətinin mərkəzi Nasiriya şəhərindəki İmam Hüseyn (ə) Tədris Xəstəxanasının əsas binasındakı koronavirus xəstələrinin karantin mərkəzində yanğın baş verdi və bu ana ölənlərin sayı 52 nəfərə çatıb, 22 nəfər də yaralı var”.

Bəzi media mənbələri İraq səhiyyə rəsmilərinə istinadla ölənlərin sayının 58 olduğunu və ölənlərin artmasının gözlənildiyini söyləyiblər.

Bağdadda bir gündə 3 yanğın

Hadisə Bağdaddakı İbn Əl-Xətib Xəstəxanasında 80 nəfərin ölümü ilə nəticələnən oxşar hadisədən iki ay yarım sonra baş verir.

Bağdadda dünən (12 iyul) də yanğın baş vermişdi. İlk yanğın Bağdadın cənubundakı Aviric bölgəsindəki plastik və süngər anbarında, sonra Bağdaddakı məhkəmə binasında baş vermişdi və İraqlı xilasetmə qruplarının Əl-Bəya ibtidai məhkəmə binasının kitabxanasının alovlandığını söyləmişdilər.

Bağdad Apelyasiya Məhkəməsinin bildirdiyinə görə, yanğın Əl-Karx bölgəsində baş verib. Dünən paytaxtdakı Səhiyyə Nazirliyinin binasında da bu nazirliyin inzibati binasının boşaldılmasına səbəb olan böyük yanğın baş vermişdi.

Baş nazir bəzi nazirlər və təhlükəsizlik səlahiyyətliləri ilə fövqəladə toplantı keçirdi

İmam Hüseyn (ə) adına xəstəxanada onlarla iraqlının ölümündən sonra, baş nazir Mustafa Əl-Kazımi fövqəladə iclas keçirib.

Bir sıra nazirlərin, təhlükəsizlik komandirlərinin iştirak etdiyi və Əl-Kazıminin sədrliyi ilə keçirilən fövqəladə iclasda yanğının səbəbləri və nəticələri araşdırılıb. İclasın sonunda aşağıdakı qərarlar verilib:

1- Sahə tədbirlərini nəzərdən keçirmək üçün bəzi nazirlərdən və təhlükəsizlik komandirlərindən ibarət qrupun dərhal Bağdaddan Zi Qar vilayətinə göndərilsin.

2- Müxtəlif nazirliklərdən Zi Qar vilayətinə tibbi yardım və təcili yardım göndərilsin.

3- Bu hadisənin qurbanlarının hamısını şəhid saymaq və vəziyyəti ağır olduğu bildirilən bütün xəstələrin köçürülməsini asanlaşdırmaq.

4- Zi Qar səhiyyə müdirinin İmam Hüseyn (ə) adına xəstəxananın müdirinin və bu vilayətin yanğınsöndürmə idarəsinin rəhbərinin həbs edilməsi və onlar barəsində istintaq açılsın.

5- Ümummilli matəm elan edilsin.

6- Bu hadisənin səbəblərini araşdırmaq üçün fövqəladə dövlət istintaqına başlansın.


Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031