İsrail rejimi fələstinlilərin 421 evini dağıdıb
Mьəllif: Admin
Tarix: 10-07-2021, 10:22
Bцlmə: Xəbərlər
İsrail rejimi fələstinlilərin 421 evini dağıdıb
Birləşmiş Millətlər Təşkilatı fələstinlilərin 421 yaşayış evinin sionist rejimi tərəfindən məhv edildiyini açıqlayıb.

BMT-nin Fələstindəki İnsani İşlər Koordinasiya Ofisi (OCHA) dünənki (8 iyul) hesabatında sionist rejimin bu ilin əvvəlindən etibarən fələstinlilərin 421 evini dağıtdığını söyləyib.

Nəticədə İordan çayının qərb sahilində 320 fələstinli məcburi köçkün vəziyyətinə düşüb.

"Deyerler.org"un parstoday-a istinadən verdiyi xəbərə görə, hesabata əsasən, sionist rejimin bu hərəkəti, Fələstin binalarının dağıdılmasında 24% artım olduğunu və İsrail rejimi tərəfindən 2020-ci ilin eyni dövrünə görə, qaçqın düşmüş fələstinlilərin sayında 50% artım olduğunu gösstərir.

BMT-nin Fələstin üzrə humanitar mövzulara dair koordinatoru Ceymi MakQoldrik bildirib ki, son zamanlarda koronavirus pandemiyası yayıldığı bir vaxtda İsrail rejimi qətlləri artırıb.

Sionist rejimin fələstinlilərin evlərini dağıtmaqla, ərazilərində qanunsuz sionist yaşayış yerləri tikməklə Fələstin ərazilərindəki heqemonluğunu möhkəmləndirmək üçün Fələstin ərazilərinin coğrafi quruluşunu dəyişdirməyə və onlara qondarma sionist üzü verməyə çalışır.

Qeyd edək ki, sionist rejiminin tikdiyi yəhudi yaşayış məntəqələrinin hamısı beynəlxalq hüquqa görə qanunsuzdur.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930