Yəmən ordusu onlarla məntəqəni təkfirçilərdən azad etdi
Mьəllif: Admin
Tarix: 10-07-2021, 10:19
Bцlmə: Xəbərlər
Yəmən ordusu onlarla məntəqəni təkfirçilərdən azad etdi
Yəmən ordusu və İnqilabi Xalq Komitələri (Ənsarullah) Əl-Bəyda vilayətinin xalqı və şərəfli qəbilələri ilə əməkdaşlıq edərək, Əl-Zahir bölgəsinin azad edilməsi və bütün ərazilərin bərpa edilməsi ilə nəticələnən geniş hərbi əməliyyat həyata keçirib.

Deyerler.org xəbər verir ki, İləm Əl-Hərbi Əl-Yəməni şəbəkəsinin yazdığına görə, ABŞ və Səudiyyə rejimindən hərbi, maddi və media dəstəyi ilə təkfirçi ünsürlərin işğal etməyə çalışdıqları bütün ərazi azad edilib.

Hərbi əməliyyat 4 istiqamətdən başladı və təkfirçi təşkilatların illərdir ABŞ-ın başçılıq etdiyi təcavüz koalisiyasının himayəsi altında bomba və partlayıcı qurğular üçün düşərgə və fabrik kimi istifadə etdikləri onlarla sahə və yuvanın təmizlənməsi və təhlükəsizliyin bərpası ilə sona çatdı.

Hərbi media ordunun və xalq komitələrinin qaçan təkfirçi təşkilatları ağır itkilərə məruz qoyduqları ildırım sürətli döyüşlərin bir qismini göstərən kadrları təqdim edib.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930