Kabil: "Taliban" rəhbərliyinin iştirakı ilə bir hökumət qurmağa qərarlıyıq
Mьəllif: Admin
Tarix: 5-07-2021, 16:33
Bцlmə: Xəbərlər
Kabil: "Taliban" rəhbərliyinin iştirakı ilə bir hökumət qurmağa qərarlıyıq
Əfqanıstan prezidentinin milli təhlükəsizlik müşaviri Həmdullah Moheb "Taliban" və digər qüvvələrin iştirakı ilə bir hökumət qurmaq qərarından danışıb.

Məlumata görə, Moheb "RİA Novosti"yə verdiyi müsahibəsində bildirib ki, Əfqanıstanın şimalındakı vəziyyət çox həssasdır, lakin Kabil ümid edir ki, vəziyyət nəzarətdən çıxmayacaq:

"Əfqanıstan hökumət qüvvələri şimaldakı "Taliban"a qarşı əks hücuma hazırlaşır. ABŞ Kabilə Əfqanıstandan qoşunlarını çıxardıqdan sonra Orta Asiyada hərbi baza qurmağı planlaşdırmadığını söyləyib.

Əfqanıstan və Türkiyə Kabil hava limanının təhlükəsizliyini təmin etmək üçün danışıqlar aparır, bəzi bürokratik məsələlər qalıb"

Əfqanıstan Milli Təhlükəsizlik məsləhətçisi Rusiya ilə hərbi silah alınması ilə bağlı danışıqları inkar edərək, Əfqanıstan və Rusiyanın ABŞ əsgərlərinin geri çəkilməsini nəzərə alaraq ortaq təhdidlərə qarşı məsləhətləşmələr apardıqlarını bildirib.
(eastnews.org)

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930