Ayətullah Xamenei: “Ölkəyə və millətə xidmət etmək fürsətini qiymətləndirin”
Mьəllif: Admin
Tarix: 20-06-2021, 23:31
Bцlmə: Xəbərlər
Ayətullah Xamenei: “Ölkəyə və millətə xidmət etmək fürsətini qiymətləndirin”
Ali Məqamlı Rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei xalqın prezident seçkilərindəki genişmiqyaslı iştirakını təbrik edib və xalq tərəfindən seçilən insanlara “Ölkəyə və millətə xidmət etmək fürsətini yaxşı qiymətləndirin” mesajını verib.

Ali Məqamlı Rəhbər Ayətullahul-üzma Seyid Əli Xameneinin təbrik məktubunda belə qeyd edilib:

“Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

Böyük və uca İran xalqı!

Seçkilərdə qəhrəmancasına və izdihamlı iştirak sizin fəxarətlərinizə başqa bir parlaq səhifə əlavə etdi. Hər biri seçkilərdəki iştiraka müəyyən şəkildə mənfi təsir göstərəcək amillərə baxmayaraq, ölkənin dörd bir yanında seçki məntəqlərinə toplaşaraq yaratdığınız göz oxşayan mənzərələr möhkəm əzmin, ümidvar qəlbin və ayıq gözün aşkar nümunəsi idi.

Dünənki seçkilərin böyük qalibi düşmənin muzdlu media qurumlarının təbliğatları və xam xəyalda olan bədxahların vəsvəsələri qarşısında bir daha boy göstərən və ölkənin siyasi meydanının tam ortasında olduğunu nümayiş etdirən İran xalqıdır.

Nə zəif təbəqələrin məişət çətinlikləri ilə bağlı giley-guzarlar, nə pandemiyanın təhdidindən sıxılma, nə xalqı məyus etmək üçün bir neçə ay əvvəldən başladılmış müxalifətçi çağırışlar, nə də ki, seçki günü ayrı-ayrı saatlarda səsvermə prosesində baş vermiş pozuntular İran xalqının əzmini sındıra, mühüm əhəmiyyət daşıyan prezident, şəhər və kənd şuralarına seçkilərə mane ola bilmədi.

Mən şükür səcdəsi etmək üçün alnımı toprağa qoyur, İran xalqına müvəffəqiyyət bəxş etdiyi, İran İslam Respublikasına rəhmət nəzərini saldığı üçün elm və qüdrət sahibi olan Allaha sonsuz şükürlər edirəm.

İran xalqına xoşbəxtlik arzulayır, xalqın seçimi ilə yüksək prezidentlik vəzifəsinə və bütün ölkə üzrə şuralara üzv seçilmiş möhtərəm insanları təbrik edir, bu vəfalı xalqın qədrini bilmələrini, qanunda onlar üçün nəzərdə tutulmuş vəzifələrə tam şəkildə bağlı olmağı xatıladıram. Ölkəyə və xalqa xidmət göstərmək fürsətinin qədrini bilin və İlahi motivləri daim diqqət mərkəzində saxlayın.

Keşikçilər Şurası, DİN, təhlükəsizlik və sağlamlığın qorunması vəzifəsini yerinə yetirən qurumlar, zəhmətkeş milli media, möhtərəm namizədlər və hər biri bir formada bu böyük sınağa köməklik göstərmiş hər kəsə təşəkkür etməyi lazım bilirəm.

Bu ölkənin və bu dövlətin əsil sahibi olan Həzrət Vəliyyi-Əzəmə (ruhumuz ona fəda olsun) salamlarımı göndərir, İran xalqının böyük hərəkətvericisi olan əziz İmama, ölkənin ən yüksək iftixarları olan uca şəhidlərə Allahdan ali dərəcələr diləyirəm.”


Deyerler.org
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930