İsrail rejiminin qüvvələri Əl-Əqsa məscidinə hücum etdi
Mьəllif: Admin
Tarix: 20-06-2021, 00:01
Bцlmə: Xəbərlər
İsrail rejiminin qüvvələri Əl-Əqsa məscidinə hücum etdi
Sionist rejimin silahlı qüvvələrinin cümə günü (18 iyun) Əl-Əqsa məscidinin qarşısında etdiyi basqını və Muhəmməd (s) peyğəmbərə etdiyi təhqirləri qınayan bir uşaq və bir jurnalist rezin örtüklü metal güllə ilə vurulub.

Deyerler.org Şahaba istinadən xəbər verir ki, işğalçı qüvvələr Həzrət Peyğəmbərə (s) dəstək olmaq üçün Əl-Əqsa məscidindən başlayan yürüş vaxtı Bab Əl-Silsilə yolu ilə Əl-Əqsa məscidinə basqın etdiyi və ibadət edənlərə rezin örtüklü metal güllələrlə atəş etdiyi bildirilib.

Mənbələr sionist rejimin silahlı qüvvələrinin bir PUA-nı havaya uçurduqlarını və etirazçılara rezin örtüklü metal güllələr atdığını, bir uşaq və jurnalist Lətifə Abdullətifin yaralandığını bildiriblər.

İşğalçı qüvvələr İmad Əbu Asina və Mazen Cabir adlı iki gənci Əl-Əqsa məscidində tutaraq Qüdsdəki bir təcridxanaya aparıblar. Daha sonra Əl-Əqsa məscidinin giriş qapılarında bir çox gənci saxlayıblar.
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031