Ayətullah İbrahim Rəisi İranın yeni prezidenti seçilib
Mьəllif: Admin
Tarix: 19-06-2021, 12:06
Bцlmə: Xəbərlər
Ayətullah İbrahim Rəisi İranın yeni prezidenti seçilib
Ayətullah Seyid İbrahim Rəisi İranda keçirilən prezident seçkilərində iştirak etmiş seçicilərin 17,6 milyon nəfərinin səsini (62,23%) qazanaraq qalib gəlib.

Deyerler.org-un Tasnim-ə istinadən verdiyi xəbərə görə, səslərin 90%-i sayıldıqdan sonra bu barədə İranın Seçki Qərargahı məlumat yayıb.

Digər namizədlər Möhsün Rzayi 3.3 milyon (11.53%), Əbdül Naser Himməti 2.4 milyon (8.39%), Əmir Hüseyn Kazizadə isə 1 milyona yaxın (3.49%) səs toplayıb.

Xatırladaq ki, əvvəlcə İran prezidenti vəzifəsi uğrunda 7 namizəd mübarizəyə qoşulsa da, sonradan onlardan üçü namizədliyini geri götürmüşdü.

Əsas mübarizə İranın məhkəmə hakimiyyətinin rəhbəri Ayətullah İbrahim Rəisi, digər iki mühafizəkar siyasətçi - Məsləhət Şurasının katibi Möhsün Rzayi və İran parlamentinin vitse-spikeri Əmir Hüseyn Kazizade Haşimi, həmçinin İran Mərkəzi bankının keçmiş rəhbəri Əbdülnaser Hemmati arasında gedib.

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031