Ayətullah Xamenei prezident seçkilərində səs verib
Mьəllif: Admin
Tarix: 18-06-2021, 13:50
Bцlmə: Xəbərlər
Ayətullah Xamenei prezident seçkilərində səs verib
“Bu gün əsas səhnədə və meydanda xalqdır. Onlar öz səsləri ilə öz taleyini, ölkənin sonrakı illər üçün əsas və ümumi vəzifəsini müəyyən edirlər. Deməli bu xalqa aid bir gündür. ”

Maide.Az xəbər verir ki, bunu Ali Rəhbər Seyid Əli Xamenei bu gün səhər 13-cü prezident və Xobreqan Ekspertlər Şurası və şəhər şurası seçkilərində səs verdikdən sonra açıqlamasında bildirib.

Ayətullah Xamenei bildirib ki, bu həqiqətə görə insan ağlı hökm edir ki, hamı bu böyük milli və ümumxalq sınaqda iştirak etsin. “Bizim təkrar-təkrara xalqı seçkilərdə iştirak üçün dəvət etməyimizin səbəbi də budur ki, ilk növbədə xalq özü bu iştirakdan faydalanır və İslam Respublikası da beynəlxalq arenada böyük üstünlüklər əldə edir”.

Ali Rəhbər qeyd edib ki, xalqın hər birinin səsinin əhəmiyyəti vardır. “Hamı iştirak etməlidir, seçməli və səs verməlidir. Heç kəs deməsin ki,mənim səsim olmasa nə baş verəcək, çünki həmin bir səslərdir ki, xalqın milyonluq səsinə çevrilir. Tövsiyəm odur ki, vətəndaşlar erkən saatlarda seçkilərdə iştirak edib, öz seçdikləri namizədə səs versinlər.”

Ali Rəhbər İmam Rzanın (ə) mövludunun bərəkəti ilə bu gün İran xalqının sevincinin bərəkətli olacağını qeyd edib və bildirib ki, seçkiləri təşkil edənlərdən təşəkkür edirəm və təkid edirəm ki, ölkənin hər bir yerində iş kamil formada təşkil olunsun. Jurnalistlər və fotoqraflara da salamını çatıdırıb və işlərində uğur diləyib.

Qeyd edək ki, Ayətullah Xamenei səhər seçkilərin başlandığı ilk dəqiqələrdə İmam Xomeyni (r.ə) adına hüseyniyyəyə gələrək, orada quraşdırılmış 110 saylı qutuya səsini atıb.

Xatırladaq ki, bu gün İran xalqı özünün 13-cü prezidentini seçir. Seçkilər yerli vaxtla saat 07:00-da rəsmən başlayıb. Bununla da ölkənin bütün bölgələrində gecə saat 00:00-dək səsvermə davam edəcək.

Bu seçkidə əsasən dörd namizəd yarışır: İbrahim Rəisi, Əmirhüseyn Qazizadə Haşimi, Əbdünnasir Himməti və Möhsin Rzayi.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930