Minlərlə uşaq aclıqdan ölür, BMT isə tamaşa edir!
Mьəllif: Admin
Tarix: 17-06-2021, 11:11
Bцlmə: Xəbərlər
Minlərlə uşaq aclıqdan ölür, BMT isə tamaşa edir!
UNICEF-in icraçı direktoru Henrietta For ən azı 33.000 uşağın qarşıdurmaların davam etdiyi Şimali Efiopiyadakı Tiqray bölgəsində ciddi qida böhranı ilə üzləşdiyini bildirib.

Deyerler.org xəbər verir ki, Henrietta For açıqlamasında belə deyib: “Bölgəyə təcili olaraq müdaxilə edilməsə, uşaq ölümləri ilə qarşılaşa bilərik”.

Tiqray bölgəsindəki ən az 33.000 uşağın ciddi qida böhranı ilə üzləşdiyini bildirən For, Efiopiyanın şimalında 2,2 milyon uşağın qida problemi olduğunu və bu uşaqların 140 mininin Tiqray bölgəsində yaşadığını bildirib.

For hamilə və süd verən qadınların qidalanma nisbətinin 40%-dən çox olduğunu bildirərək, bu vəziyyətin yeni doğulmuş körpələri də təhlükəyə atdığını vurğulayib.

O, Tiqray bölgəsinə daha çox yardım edilməsi üçün beynəlxalq təşkilatlara müraciət edib.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930