Əfqanıstanda avtobus partladılıb, ölənlər var
Mьəllif: Admin
Tarix: 30-05-2021, 10:03
Bцlmə: Xəbərlər
Əfqanıstanda avtobus partladılıb, ölənlər var
Əfqanıstanın Pərvan vilayətində universitet avtobusunun partladılması nəticəsində azı dörd nəfər ölüb, 13 nəfər isə yaralanıb.

Bu barədə "Tolo News" telekanalı tibb işçilərinə istindən məlumat verib.

Televiziya kanalının verdiyi məlumata əsasən, partlayıcı Baqram bölgəsində işə salınıb. Partlayışın hədəfi universitet müəllimlərini daşıyan avtobus olub.

Yerli "1TV" telekanalı da öz növbəsində Daxili İşlər Nazirliyinə istinadən qurbanların arasında həm müəllimlərin, həm də tələbələrin olduğunu bildirir.

Hazırda heç bir qruplaşma törədilən partlayışın məsuliyyətini üzərinə götürməyib.
(eastnews.org)

Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031