Builki həcc ziyarətinə 60 min nəfər qəbul ediləcək
Mьəllif: Admin
Tarix: 25-05-2021, 10:47
Bцlmə: Xəbərlər
Builki həcc ziyarətinə 60 min nəfər qəbul ediləcək
Səudiyyə Ərəbistanında Həcc və Ümrə Nazirliyinin son həftələrdə verdiyi açıqlamada, builki həcc ziyarətinin Covid-19 epidemiyası səbəbiylə xüsusi şərtlər altında təşkil ediləcəyi açıqlanıb.

Maide.Az “İHA”a istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanı tərəfindən təqdim olunan sənəddə, Həcc ziyarəti üçün yerli və xarici zəvvarlar da daxil olmaqla yalnız 60 min nəfərlik bir kvotanın müəyyən olunduğu bildirilir. Onlardan 45 min nəfər ölkədən kənar, 15 min nəfəri isə ölkə daxilndəndir.

Məlumata görə, zəvvarlar peyvənd olduqlarına dair sənəd təqdim etməlidir. Peyvəndin 1-ci dozasının mayın 13-dək, ikinci dozasının Səudiyyə Ərəbistanına gəlmədən son 14 gün əvvəl olması vacibdir.

Bundan başqa xarici zəvvarlar üçün 3 günlük karantin nəzərdə tutulub. Qaydalarla bağlı yeniliklər zəvvarlara müxtəlif kanallarla çatdırılacaq.

Belə ki, məlumatlar sosial media, tur agentlikləri və sms mesajları vasitəsilə çatdırılması nəzərdə tutulub.

Hacılar yeməklərini otelərdə öz otaqlarında yeyəcək, bütün yüklər dezinfeksiya ediləcək, ailələrin birlikdə yaşamasına icazə veriləcək.

Eyni zamanda avtobuslarda sərnişin sayının ümumi tutumun yüzdə 50-dən çox olmamalı, avtobuslarda hər bir hacı namizədi arasında bir yerin boş qalacağı və zəvvarlara yalnız qablaşdırma şəklində yemək veriləcəyi bildirilib.

Zəvvarlara şeytana daş atmaq üçün təşkilatçılar tərəfindən paketlənmiş steril torbalarda daş veriləcəyi və şeytan daşlama zonasına gedib-gələn zəvvarların ümumi sayının 50-dən çox olmayacağı açıqlanıb. Həmçinin Məscid-i Haramdakı xalçalar yığışdırılacaq.


Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031