Bəqi qəbristanlığında dəfn olunan İmamların hərəminin zərihinin maketi hazırlanıb
Mьəllif: Admin
Tarix: 20-05-2021, 22:58
Bцlmə: Xəbərlər
Bəqi qəbristanlığında dəfn olunan İmamların hərəminin zərihinin maketi hazırlanıb
Bəqi qəbristanlığında dəfn olunan İmamlar üçün hazrlanmış zərihin maketinin təqdimatı olunub.

Maide.Az xəbər verir ki, “Bəqi, Əhli-beyt və Peyğəmbərin səhabələrinin hərəmi” beynəlxalq toplantı çərçivəsində təqdim olunan zərihi İranlı mühəndis Həmid Səffarniya hazırlayıb.

Zərih Bəqi qəbristanlığında yerləşən İmamların hərəminin içərisindən 125 il qabaq hərəmin binası dağıdılmamışdan öncə Almaniyalı fotoqraf tərəfindən çəkilmiş foto üzərindən hazırlanıb.

Hazırlanmış maketin ölçüsü 210x210 santimetrdir. Polad, dəmir və plastikdən hazırlanıb.

Qeyd edək ki, 8 şəvval – Bəqi qəbristanlığının vəhhabilər tərəfindən dağıdılmasının ildönümü münasibətilə Qum şəhərində Ali Rəhbər Ayətullah Seyid Əli Xameneinin ofisində müxtəlif ölkələrdən ekspertlərin iştirakı ilə “Bəqi, Əhli-beyt və Peyğəmbərin səhabələrinin hərəmi” adlı beynəlxalq toplantı keçirilib.

Bəqi qəbristanlığında dəfn olunan İmamların hərəminin zərihinin maketi hazırlanıb
Bəqi qəbristanlığında dəfn olunan İmamların hərəminin zərihinin maketi hazırlanıb
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031