Ərdoğan Ruhani ilə telefonla danışdı: "İsrailə güclü və tutarlı dərs verilməlidir"
Mьəllif: Admin
Tarix: 16-05-2021, 21:54
Bцlmə: Xəbərlər
Ərdoğan Ruhani ilə telefonla danışdı: "İsrailə güclü və tutarlı dərs verilməlidir"
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iranlı həmkarı Həsən Ruhani ilə telefon danışığında bildirib ki, beynəlxalq ictimaiyyət İsrail rejiminin Fələstinə hücumları qarşısında sionist rejimə dərsini verməlidir.

Deyerler.org-un RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, R.T.Ərdoğan bu barədə öz Telegram səhifəsində yazıb. "Mən İran prezidenti cənab Həsən Ruhani ilə telefonla danışdım.

Biz İsrailin Fələstinə hücumunu və Türkiyə-İran münasibətlərini müzakirə etdik. Mən qeyd etdim ki, Türkiyə İsrailin Fələstinə hücumuna ən sərt şəkildə reaksiya verir və bunu davam etdirəcək.

Həmçinin qeyd etdim ki, beynəlxalq ictimaiyyət İsrailin məsuliyyətsiz və cinayətkar hücumları qarşısında onlara güclü və tutarlı dərs verməlidir", - deyə Ərdoğan qeyd edib.

Türkiyə prezidenti həmçinin Fələstinin müdafiəsində müsəlman ölkələrini güclərini birləşdirməyə çağırıb.

Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031