Fransa Fələstinə dəstək nümayişlərini qadağan etdi
Mьəllif: Admin
Tarix: 15-05-2021, 10:13
Bцlmə: Xəbərlər
Fransa Fələstinə dəstək nümayişlərini qadağan etdi
Fransanın Daxili İşlər Nazirliyi Parisdə şənbə günü fələstinliləri dəstəkləyən nümayişlərdə asayişin pozulacağı bəhanəsini edərək, nümayişləri qadağan edib.

Deyerler.org Farsnews-a istinadən xəbər verir ki, daxili işlər naziri Jerald Darmen Tvitter hesabında şənbə günü edilən etiraz çağırışına cavab olaraq bunları yazıb:

“Paris polis rəisini Yaxın Şərqdəki son gərginlik (İsrail rejimi-Fələstin münaqişəsi) ilə əlaqədar şənbə günü nümayişləri qadağan etməyə çağırdıq. 2014-cü ildə oxşar proqram geniş pozuntuya səbəb olmuşdu. Yerli hakimiyyət orqanlarına ayıq və sərt olmaları tapşırıldı”.

İşğal olunmuş torpaqlarda fələstinlilərə qarşı sionist hərbi zorakılığa qarşı güclü beynəlxalq reaksiyaların olduğu bir vaxtda, Avropa ölkələri, sionistlərin dəstəyi ilə Qəzzadan işğal olunmuş ərazilərə raket atışlarını qınayıblar və sionist rejimin hücumlarını isə, özünümüdafiə adlandırıb.
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031