Ayətullah Xamenei: Sionistlər yalnız zor gücünü başa düşürlər
Mьəllif: Admin
Tarix: 12-05-2021, 21:33
Bцlmə: Xəbərlər
Ayətullah Xamenei: Sionistlər yalnız zor gücünü başa düşürlər
Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei cənabları Tələbə Təşkilatlarının nümayəndələri ilə videokonfransdakı çıxışında İslam dünyasında baş verən iki önəmli məsələ, yəni Əfqanıstan və Fələstində baş verən qanlı və acı hadisələrə görə dərin kədər hissi ilə hər iki hadisəni kəskin pisləyib.

Madie.Az “Leader.ir” saytına istinadla xəbər verir ki, Ayətullah Xamenei bildirib: “Allahın lənənəti olsun o cinayətkarlara ki, Əfqanıstanda günahsız və məzlum qızları şəhid etdilər və bu miqyasda cinayəti həyata keçirdilər”.

Ali Rəhbər, həmçinin, sionistlərin Əqsa məcidi, Qüds və Fələstinin digər bölgələrində vəhşicəsinə və zalımcasına cinayətlərindən danışıb və qeyd edib ki, bu cinayətlər dünyanın gözü qarşısında baş verir. Hamı öz vəzifəsinə əməl etməli və bu cinayətləri məhkum etməlidir.

Ayətullah Xamenei Fələstin xalqının ayıqlığı, müqaviməti və ciddi iradəsini alqışlayaraq bildirib: “Sionistlər yalnız zor gücünü başa düşürlər. Buna görə fələstinlilər öz gücünü və müqavimətini artırıb, cinayətkarları təslim edərək, gərək onları vəhşi addımlarını dayandırmağa məcbur etsinlər”.

Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031