Ayətullah Xamenei 2000-dən çox məhbusu əfv etdi
Mьəllif: Admin
Tarix: 12-05-2021, 21:30
Bцlmə: Xəbərlər
Ayətullah Xamenei 2000-dən çox məhbusu əfv etdi
Ali Rəhbər Ayətullah Xamenei Fitr bayramı ərəfəsində bu bayram münasibəti ilə bir qrup məhkumun əfvi, yaxud cəzasının yüngülləşdirilməsinə razılıq verib.

Maide.Az "leader.ir"-ə istinadla xəbər verir ki, əfv olunanlar mülki məhbuslar, həmçinin hərbi cinayətlərə görə həbs edilmiş şəxslərdir.

Qeyd edək ki, İranın Məhkəmə Sisteminin rəhbəri Seyid İbrahim Rəisi qeyd olunan bayramla əlaqədar olaraq, Ayətullah Xameneiyə məktubla müraciət edib. Məktubda 2187 məhbusun əfv olunması, cəzasının yüngülləşdirilməsi, yaxud dəyişdirilməsi xahiş olunur. Ali Rəhbər həmin təklifi müsbət cavablandırıb və fərman imzalayıb.
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031