Kolumbiyada etiraz aksiyaları zamanı 42 nəfər ölüb
Mьəllif: Admin
Tarix: 12-05-2021, 10:56
Bцlmə: Xəbərlər
Kolumbiyada etiraz aksiyaları zamanı 42 nəfər ölüb
Kolumbiyada aprelin 28-dən bəri davam edən etiraz aksiyaları zamanı biri polis olmaqla, 42 nəfər ölüb.

“Efe Eme” radiosu xəbər verir ki, 28 aprel - 11 may tarixlərində baş verən iğtişaşlarda, həmçinin, 168 nəfər itkin düşüb.

Xatırladaq ki, Kolumbiyada aprelin 28-dən etibarən vergi islahatlarına qarşı nümayişlər davam edir.

Etiraz aksiyaları paytaxt Boqota, Kali, Medellin və digər şəhərləri əhatə edib. Ümumilikdə 1000-dən çox insanın xəsarət aldığı bildirilir.
(eastnews.org)

Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031