İsrail rejimi yenidən Qəzzanı bombaladı: Təl-Əviv Qəzza yaxınlığında fövqəladə vəziyyət elan etdi
Mьəllif: Admin
Tarix: 11-05-2021, 11:05
Bцlmə: Xəbərlər
İsrail rejimi yenidən Qəzzanı bombaladı: Təl-Əviv Qəzza yaxınlığında fövqəladə vəziyyət elan etdi
Sionist rejim bazar ertəsi (10 may) axşam Qəzzanın bəzi hissələrinə yenidən hava hücumları təşkil edib.

Deyerler.org xəbər verir ki, Əl-Cəzirə telekanalının verdiyi məlumata görə, İsrail rejiminin ordusu hücumların indiyədək Qəzzadakı səkkiz HƏMAS qüvvəsini və bir neçə roketatar və digər hərbi mövqeyi hədəf aldığını iddia edib.

Sionist mənbələr bu axşam (bazar ertəsi) rejimin müharibə naziri Benni Qantzın Qəzza ətrafındakı bölgələrdə fövqəladə vəziyyət elan etdiyini bildirib.

Qantzın Qəzzaya yaxın ərazilərdə 48 saat ərzində 80 kilometr radiusa qədər fövqəladə vəziyyət elan etdiyi bildirilib.

Sionist rejimin Yedioth Ahronoth qəzeti də, İsrail rejiminin təhlükəsizlik kabinetinin Qəzzaya qarşı kütləvi hava zərbəsi qərarını təsdiqlədiyini bildirib.

Xəbərdə, həmçinin deyilir ki, İsrail ordusunun hərbi sözçüsü də İsrail ordusunun bir neçə gündür bir hücuma hazırlaşdığını iddia edib.

Sionist mediyası ordunun bu hücumla bağlı işğal altındakı Fələstinin mərkəzi bölgələrində bir neçə Dəmir Qübbə sistemini yerləşdirdiyini bildirib.

Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031